“Konq-rey” tufanının törətdiyi fəsadlar nəticəsində Cənubi Koreyada 2 nəfər ölüb, bir nəfər itkin düşüb.

Metbuat.az Azərtaca istinadən xəbər verir ki, Koreya yarımadasına yaxınlaşan qasırğa səbəbindən yüzlərlə sakin təxliyə edilib, 61 mindən çox evin elektrik təchizatında fasilələr yaranıb. Bəzi yaşayış məntəqələrində daşqınlar olub.

Tufan daha çox Busan, Qanqneunq, Samçeok, Pohanq, Hadonq və Hapçeon şəhərlərində fəsadlar törədib.