Yaponiyada səfərdə olan ABŞ-ın dövlət katibi Mayk Pompeo və Baş nazir Şinzo Abe Şimali Koreyanın nüvə silahının ləğvi ilə bağlı sıx qarşılıqlı əməkdaşlıq barədə razılığa gəliblər.
Metbuat.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. Pompeo bildirib ki, KXDR-də zorla saxlanılan yapon vətəndaşları, bu ölkənin nüvə və raket proqramları ilə bağlı ümumi rəyə gəlmək lazımdır. KXDR-in nüvə silahının tam ləğvi üçün sıx əməkdaşlıq zəruridir.
Baş nazir Şinzo Abe Pompeonun KXDR-ə səfər ərəfəsində Tokionu ziyarətini yüksək qiymətləndirib.