Hindistan ABŞ sanksiyalarına rəğmən noyabrda İrandan 9 milyon barel neft alacaq.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Reuters"in mənbələrinə istinadən yaydığı məlumatda deyilir.
Bildirilir ki, Hindistan enerji sahəsi üzrə əsas tərəfdaşlarla, eyni zamanda ABŞ-la münasibətlərini inkişaf etdirməkdə davam edəcək.
Qeyd olunub ki, Indian Oil Corp şirkəti noyabrda İrandan 6 milyon barel, Mangalore Refinery and Petrochemicals Ltd şirkəti isə 3 milyon barel neft alacaq.
Xatırladaq ki, Hindistan neft idxalı üzrə dünyada üçüncü yerdədir.
Milli.Az