"Rusiya Dövlət Dumasının MDB ölkələri, Avrasiya inteqrasiyası və soydaşları ilə əlaqələri üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin Azərbaycanın əleyhinə bəyanatla çıxış etməsi bir çox səbəblərə görə qəbuledilməzdir. Zatulin, Tarasov və onun kimilər erməni lobbisinin sifarişi və təlimatı əsasında Rusiya ilə Azərbaycan arasındakı strateji münasibətlərini pozmağa çalışırlar. Çox təəssüflər olsun ki, belə insanlar Rusiya parlamentində yüksək mövqelər tuturlar. Belə insanlarla Rusiyaya qonşuları ilə dostluq münasibətlərini qurmaq çox çətin olacaq. Onlar guya Rusiyanı müdafiə edirlər, reallıqda isə Rusiyanı təcrid olunmuş vəziyyətə salıblar. Zatulin kimi şəxslər Qərbin hər tərəfdən sanksiyalara məruz qoyduğu Rusiya kimi dövləti strateji əməkdaşlığı olan ölkələrdən də çirkindirmək istəyirlər. Belə insanlar Rusiyanın özü üçün düşmənlərdən daha böyük təhlükədir. Onlar Rusiyanın milli maraqlarını erməni konyakına qurban verirlər. Belə insarlar Rusiyada hakimiyyətdə təmsil olunduqca bu ölkənin daim qonşuları ilə ciddi problemləri olacaq".

Bu barədə Milli.Az-a açıqlamasında "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov bildirib.

Millət vəkili: "Zatulinin fikirlərini Rusiyanın mövqeyi kimi qəbul edə bilmərik"