Azərbaycanda bundan sonra yalnız kağız daşıyıcı vasitəsi ilə deyil, elektron lotereyalar da keçiriləcək.

Milli.Az bildirir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında "Lotereyalar haqqında" qanuna dəyişikliklər müzakirə edilərkən deyilib. Lotereyada iştirak üçün isə şəxsin ən az 18 yaşı olmalıdır. Bu dəyişiklikləri ehtiva edən təkliflər birinci oxunuşda qəbul olunub.

Cinayət Məcəlləsinə edilən dəyişikliklər zamanı isə çıxış edən millət vəkili Fəzail Ağamalı paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verən avtobus qəzasına diqqət çəkib. O, bu cür hadisləri törədən sürücülərlə yanaşı, marşrut xətti sahiblərinin də cəzalanmasının vacibliyini vurğulayıb.

Millət vəkili Fazil Mustafa isə məktəblərin yanında siqaret və qəlyan satılan obyektlərin hələ də fəaliyyət göstərdiyini və bunun qarşısının alınmalı olduğunu vurğulayıb. O, bələdiyyələrə belə hallarla mübarizə aparılması üçün səlahiyyət verilməsini təklif edib.

Qəbiristanlıqlarla bağlı məsələ müzakirə olunan zaman isə parlamentin komitə sədri Əli Hüseynli bu məsələdə qaydaları pozanların cəzalandırılmalı olduğunu bildirib.

Qeyd edək ki, Milli Məclisin son plenar iclasında "Pasportlar haqqında", "Şəxsiyyət vəsiqəsi haqqında", eləcə də İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişikliklər də müzakirə edilərək qəbul edilib. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda elektron lotereyalar keçiriləcək