Adriana Lima Nyu-York küçələrində paparassilərin fotokamerasına tuş gəlib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, Lima 15 ildir siması olduğu kosmetika brendinin çəkilişi üçün obyektiv qarşısına keçib.
Model bej rəngli ayaqqabı, kofta və plaş geyinib. İngilis mediası Limanın 2003-cü ildə ilk dəfə brend üçün çəkdirdiyi fotoları indiki ilə qarşılaşdırıblar. Onlar Adriananın heç dəyişmədiyini vurğulayıblar.
Milli.Az