Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil olan və ovu qadağan edilmiş balıqların siyahısını açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, dəniz sıfı, qaya balığı (kələmo), zərdəpər, poru, qızılxallı, qılıncbalıq, şirvan külməsi, xəzər şirbiti, xəzər qızılbalığının ovlanması qadağandır.

Azərbaycanın su hövzələrində nərə, bölgə, uzunburunun ovu qanunvericiliklə qadağan edilib.