Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisində 2 ədəd döşək 3 kv.m sahədə yanıb.

FHN-dən Milli.Az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilib.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az