Bakı şəhərinin Nəsimi rayonunda liftin qırılaraq şaxtadakı xadimənin üstünə düşməsi hadisəsi ilə bağlı cinayət işi açılıb.
Publika.az xəbər verir ki, 39 yaşlı Mahirə Yusifovanın ölümü ilə nəticələnən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanıb. Asif Məhərrəmov küçəsi 44 ünvanında (3-cü mkr dairəsinin yaxınlığı) yerləşən binanın komendantı və lift ustası istintaqa cəlb edilib.
Qeyd edək ki, hadisə vaxtı binanın komendantı Soltanməcid Əzizov xadiməyə lift şaxtasını təmizləməsini tapşırıb. O daha sonra liftin mühərrik hissəsinə gələrək şkifə bağladığı trosun boltunu açıb. Bu vaxt liftin kabinəsi 9-cu mərtəbədən yüksək sürətlə aşağı enərək şaxtada təmizlik aparan qadının üzərinə düşüb. Hadisə nəticəsində liftin altında qalan qadının baş və beyni əzilərək dağılıb. Nəticədə o, hadisə yerində ölüb.