Demet Akalından boşanan Okan Kurt ilk dəfə İstanbulda gecə saatlarında görüntülənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, tək kluba girən Okan 4 saat oturduqdan sonra məkanı tərk edib. 

Sərxoş olan Kurt keçmiş arvadı Demetlə bağlı suallardan qaçmağa çalışıb. O, Akalının sonuncu konsertinə qatılması haqda suala "Mənasız xəbərlərdir" cavabını verib. 

Kefsiz olan Okan daha sonra hadisə yerindən uzaqlaşmağa çalışıb.

Milli.Az