İflic vəziyyəti illərdir insanlıq üçün qalıcı problemlərdən biridir. Geriyə çevrilmə nisbətinin haradasa sıfıra yaxın olduğu iflic üçün həll tapılmış ola bilər.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, ifliclərin onurğalarına yerləşdirilən elektron implant sayəsində beyindəki siqnalların ayaqlara yenidən mesaj göndərməsi, bilvasitə yoldan olsa da, mümkün hala gəlir. Qarın boşluğunda da batareyası olan bu implant, kabelsiz bir formada siqnalları çatdırmağı bacara bilir.
Beldən aşağısı iflic olan kəslərin yeriyə bilmələrinə imkan verən bu implantın gerçək xəstələr üzərində sınandığını da qeyd edirlər. Sınayan xəstələrin demək olar ki, hamısı qismən yeriməyi bacardı.
Birinin dəstəyilə və ya yapışaraq yeriməyi bacaran ifliclərin bu addımları atması implantın möcüzə kimi göstərdi.
Əslində ağrıları sakitləşdirmək məqsədilə hazırlanmış bu implantın beyin siqnallarına bir alternativ olaraq istifadə edilə biləcəyinin kəşf edilməsilə birlikdə belə bir məqsədə xidmət etməyə başlaması isə olduqca maraqlı bir haldır.
Milli.Az