Amerikalı aktyor Tom Kruz altı ildir ki, qızı Suri ilə görüşmür. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "UsWeekly" jurnalı məlumat yayıb. 

O, 12 yaşlı qızının Sayentologiya təriqətinin üzvü olmadığı üçün görmək istəmir. İddia olunur ki, o, Katie Holmesdən boşandıqdan sonra məhkəmənin qərarına uyğun olaraq övladıyla 10 gün keçirməkdən imtina edib. 

Xatırladaq ki, Tom Kruz və onun üçüncü xanımı Katie 2012-ci ildə boşanıb. Qızları Surinin valideynlik hüququ anaya verilib. 

Bu məqamda bildirək ki, 1954-cü ildə Sayentologiya din kimi ABŞ-da, Los-Anceles şəhərində fəaliyyətə başlayıb. Sayentologiyanın "din" adlandırılması çox böyük mübahisələrə yol açmışdı. Çünki o, xristianlığın əsas təlimlərindən fərqli ideyalar irəli sürür. Eyni zamanda, o vaxtadək Sayentologiyanı elm kimi nəzərdən keçirən bir çox adamlar onun dini mahiyyət daşıması iddiasını qəbul etmirlər. 

Milli.Az