Türkiyədə Batman vilayətində partlayış nəticəsində yaralanan 5 hərbçidən 3-ü yerləşdirildikləri xəstəxanada dünyasını dəyişib. Yaralanan 2 əsgərin vəziyyəti ilə bağlı məlumat verilmir.

Ərazidən qaçan terrorçuların yaxalanması üçün əməliyyat başladılıb.

XXX

Türkiyənin Batman vilayətində partlayış nəticəsində 4 əsgər həlak olub.

Metbuat.az Türkiyə KİV-nə istinadən bildirir ki, Batman Valiliyinin açıqlamasına görə, Gercüş rayonunda aparılan əməliyyatlar zamanı zirehli hərbi maşın ərazidən keçərkən əldəqayırma bomba partlayıb. Partlayış nəticəsində 4 əsgər şəhid olub, 5 isə yaralanıb.

Ərazidən qaçan terrorçuların yaxalanması üçün əməliyyat başladılıb.

Aysel Yaqubqızı / Metbuat.az

Bakıda sürücülər arasında kütləvi dava - VİDEO