Ağstafa rayonunda Türkiyə vətəndaşı naməlum şəxslər tərəfindən döyülüb.

Milli.Az "Report"a istinadən bildirir ki, 1982-ci il təvəllüdlü Fatih Ali oğlu Bahdiyar küçədə gedərkən bir neçə nəfərin hücumuna məruz qalıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən F.Bahdiyarın vəziyyətinin orta-ağır olduğu bildirilir.

Ağstafa rayonunda qonaq olduğunu bildirən F.Bahdiyar bundan öncə də həmin şəxslərin hücumuna məruz qaldığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az