İsrail Suriyada S-300-lərin yerləşdirilməsinə sevinmir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu "Kan-REKA" radiosuna müsahibəsində İsrail Müdafiə naziri Aviqdor Liberman deyib. Onun sözlərinə görə, buna baxmayaraq, İsrail heç bir halda Suriyadakı əməliyyatlardan imtina etməyəcək.

Qeyd edək ki, Rusiya Suriyaya S-300 zenit raket komplekslərinin yerləşdirilməsini ötən gün başa çatdırıb.

Milli.Az