İndoneziyada zəlzələ və sunaminin ardından bu dəfə Sulavesi adasında vulkan partlayıb.
Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə "Amerikan Associated Press" (AP) agentliyi məlumat verib. AP təcili təxliyə əmri verilmədiyini bildirib.
7.5 bal gücündə zəlzələ və 6 metrlik sunami dalğalarının yerlə bir etdiyi Paluda hər yerdən cəsəd qoxusu gəlir.
Paludan reportaj hazırlayan BBC-nin Türkçə müxbiri Şərəf İşlər "Ölülər artıq sadəcə saydan ibarət ola bilər, amma şəhərə girərkən maşınlara sızmış qoxu burada bir neçə gün əvvəl nələr baş verdiyini xatırladır. Cəsədlərin suya sızdıracağı xəstəliklərdən qorxulduğundan toplu məzarlar açılıb"- deyə bildirib.
Aysel Yaqubqızı / Metbuat.az
Ölüm yatağında olan sevgilisi ilə evləndi - Evləndikdən 5 gün sonra.../VİDEO