Mingəçevir şəhərində fəaliyyət göstərən sahibkar Şiraslan Əyyub oğlu Cəfərova məxsus 25 ədəd qadın koftası onun vergi borcuna görə hərraca çıxarılıb.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə Vergilər Nazirliyinin "Vergilər" qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Məlumata görə, koftaların hər birinə 9 manat qiymət qoyulub. Geyimlər Mingəçevir şəhəri, Yaşar Muradov küçəsi, ev 37a, mənzil 47 ünvanında yerləşir. 

Milli.Az