Model Gigi Hadidlə sevgili olan müğənni Zeyn Malik haqda gözlənilməz iddia ortaya çıxıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçının bir masajçı ilə Gigiyə xəyanət etdiyi ortaya çıxıb.
Belə ki, Enrika Petronqari adlı qadın Zeynin onunla bir gecə keçirdiyini bildirib:
"Malikin köməkçisi mənə zəng vurdu və evə masaja çağırdı. Zeyni görməyənədək kimin evinə gedəcəyimi bilmiridim. İşimi gördüyüm ərəfədə o, əlimdən tutdu və məndən xoşu gəldiyini dedi. Biz gecəni birlikdə keçirdik. Amma sonra başa düşdüm ki, Malik məndən istifadə edib".
Enrika hətta selfi çəkdirərək sosial mediada yayıb və həmin evin sənətçiyə aid olduğunu qeyd edib.
Hələ ki, hadisə ilə bağlı nə Zeyn, nə də Gigi heç bir açıqlama verməyib.
Milli.Az