Bakıda ''Şamaxinka'' kimi adlanan ərazidə piyada və sürücülərin işi asanlaşacaq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu ərzidə yerüsdü piyada keçdinin tikintisinə başlanılıb.

Keçid Moskva prospektini keçməklə avtomobil tuneli üzərində inşa edildiyi üçün orta dayaqsız olacaq. Keçidin tunelin üzərindən keçən 80 metr uzunluğa malik olan hissəsi hazırda prospektin 20 yanvar küçəsi ilə kəsişmədə inşası aparılan və 30 metr hündürlüyə malik olacaq dirək bərkidilmiş xüsusi asqıların tros köməkliyi ilə saxlanılacaq.

Bununla yanaşı, sözügedən kəsişmədə yolun hər bir istiqaməti üzrə giriş-çıxış hissə inşa olunacaq. Keçidin əsas konstruksiyasına birləşəcək həmin hissənin uzunluğu isə 54 metr olacaq. Asma keçidin hündürlüyü 6 metr, eni isə 3.5 metr təşkil edəcək.

Bu yoldan istifadə edən sürücülər deyir ki, yerüsdü piyada keçidi tikildikdən sonra onlar həm tıxacda qalmayacaqlar, həm də işıqfor götürüldükdən sonra əlavə vaxt itirməyəcəklər.

Asma piyada keçidinin 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda nəhəng piyada keçidi tikilir