Köhnə qalaktikaların şüalanmasının müşahidəsi alimlərə bu qalaktikalar arasındakı boşluqlarda nəhəng qaz ehtiyatlarını kəşf etməyə imkan verib.
Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, bu kəşf müasir kosmologiyanın sirlərindən birini açmağa imkan verib. Nəticələr "Nature" jurnalında yayımlanıb.
"Bu, qəribə kəşfdir. Növbəti dəfə səmada parlaq ulduzlara baxanda düşünün ki, onları görünməyən hidrogen buludları dövrəyə alıb. Uzaq keçmişdə Kainatın ilk "kəpricləri" bu buludlar olub", - deyə Temya Nanayakkara bildirib.
Nanayakkara və həmkarları gecə səmasının böyük xəritəsini tərtib ediblər. Bu zaman alimlər VLT teleskopundan və "Hubble"ın əldə etdiyi məlumatlardan istifadə ediblər.
Milli.Az