Bakı Ağır Cinayətlər Məhkəməsində taksi sürücüsünə qarşı quldurluqda təqsirləndirilən Ceyhun Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə C.Muradov 9 il azadlıqdan məhrum edilib.

İttihama görə, C.Muradov bu il martın 11-də Abşeron rayonunda taksi sürücüsü Əlvan Kərimovu bıçaqla hədələyərək, ondan 87 manat pul alıb.

Milli.Az