Bakı Şəhər İcra Hakimiyyətində inventarlaşma işlərinin aparılması ilə bağlı Komissiya yaradılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən Publika.az-a verilən məlumata görə İcra Hakimiyyəti Başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov bununla bağlı sərəncam imzalayıb.

Yoxlamalar İcra Hakimiyyətinin bütün strukturlarında, o cümlədən Bakı Lift-Təmir İstehsalat Birliyində də tam və hərtərəfli şəkildə aparılacaq.

Qeyd olunmalıdır ki, inventarlaşdırma işləri normal hal sayılır və vaxtaşırı olaraq bütün idarə və təşkilatlarda keçirilir.