2016-cı ildə Çuryumov-Gerasimov kometasının səthinə enən və orada çoxsaylı görüntülər çəkəndən sonra qəzaya uğrayaraq məhv olmuş "Rosetta" kosmik zondu vasitəsilə çəkilmiş yeni görüntülər yayılıb.
Milli.Az bildirir ki, son görüntülər komadanın mərkəzindən 20 km aralıda çəkilib.
Çuryumov-Geramisov (67P/C-G) kometasına enmiş 1,3 milyard dollarlıq "Rosetta"nın missiyası 2016-cı ilin sentyabrın 30-da bitmişdi.
Avropa Kosmik Agentliyinin (European Space Agency) hazırladığı "OSIRIS Rosetta" kamerası ilə çəkilmiş görüntüləri astronom Jasint Rocer Peres yayıb.
"Rosetta"nın 12 il davam edən missiyası zamanı 100 mindən artıq foto çəkilib.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: