Oktyabrın 1-də Binə qəsəbəsində baş verən ağır qəzanı törədən 160 nömrəli avtobusun sürücüsü Elxan Şirəliyev ilə bağlı bəzi detallar məlum olub.

Metbuat.az-ın avtosfer.az-a istinadən verdiyi məlumata görə, həmin sürücü bundan əvvəl də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyi üçün məhkumluq həyatı yaşayıb.

Məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis-polkovniki Vaqif Əsədov təsdiqləyib.

Onun sözlərinə görə, qəzadan sonra tibbi müayinədən keçirilən sürücünün narkotik istifadəçisi olduğu üzə çıxıb.

V. Əsədov onu da bildirib ki, həmin avtobusun məxsus olduğu “Ayşən” MMC-nin rəhbərliyinə BŞDYPİ tərəfindən dəfələrlə xəbərdarlıq olunub və nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyələr verilib. Lakin bu istiqamətdə heç bir dəyişiklik baş verməyib.

Şöbə rəisi hadisə nəticəsində 35 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığını, 13 yaşlı məktəblinin həyatını itirdiyini qeyd edib.

Bu arada qəza nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 27 nəfərin adı məlum olub. Hadisə nəticəsində xəsarət alanlar - 1979-cu il təvəllüdlü Əliyev Müdafiə Fazil oğlu, 1963-cü il təvəllüdlü Abbasəliyeva Qaratel Baxşəli qızı, 1968-ci il təvəllüdü Ağayeva Aybəniz Aslan qızı, 1995-ci il təvəllüdlü Mustafayeva Rəmzi Şəfayət qızı, 1999-cu il təvəllüdlü Qasımova Əsli Səfər qızı, 1999-cu il təvəllüdlü Səfərli Ülviyyə Fariz qızı, 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu, 1992-ci il təvəllüdlü İsmayılova Şəhla Rasim qızı, 1984-cü il təvəllüdlü Əliyev Ruslan İmran oğlu, 1999-cu il təvəllüdlü Ağayeva Rubay Cəfər qızı, 1995-ci il təvəllüdlü Aşurova Şəhla Fərrux qızı, 1981-ci il təvəllüdlü Məmmədova Güladə Mirzəli qızı, Novruz Salmanov, 2000-ci il təvəllüdlü Hacızadə Ofelya Anar qızı, 1985-ci il təvəllüdlü İsmayılov Məhəmməd Vidadi oğlu, 1984-cü il təvəllüdlü Ağayev Camal Ağadadaş oğlu, 1987-ci il təvəllüdlü Əzimov Məmməd Sabir oğlu, 1969-cu il təvəllüdlü Bayramov Tanrıverdi Əsəd oğlu, 1964-cü il təvəllüdlü Əsgərli Bəhruz Mirzə oğlu, 1986-cı il təvəllüdlü Şirəliyev Əlixan Əlibaba oğlu, 1986-cı il təvəlıüdlü Mehdiyev Aslan Loğman oğlu, 1995-ci il təvəlıüdlü Aşurova Əlvanə Fərrux qızı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan 3 nəfərin vəziyyəti ağır olduğundan əməliyyat olunublar.

Hadisə nəticəsində xəsarət alan 5 nəfər azyaşlı - 2013-cü il təvəllüdlü Mustafayeva Xədicə Fuad qızı, 2013-cü il təvəllüdlü Aşurova Günay Rizvan qızı, 2003-cü il təvəlıüdlü Razimova Sona Mahir qızı, 2010-cu il təvəllüdlü Əliyev Murad Müdafiə oğlu və 2008-ci il təvəllüdlü Əliyeva Fatimə Müdafiə qızı da həmin xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan bildiriblər ki, azyaşlıların həyatına təhlükə yoxdur.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Cəbhədən son məlumat - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla