İyun ayının 25-i ər evindən yoxa çıxan 26 yaşlı Əliyeva Aysel Tahir qızı axtarılır.

Milli.Az xəbər verir ki, iki uşaq anası olan Ayseli qayınanası tapmaq üçün "Səni axtarıram"a üz tutub.

Qaynana "Aysel 7 il idi evimdə gəlin idi. Bir-birini istəyib, ailə qurublar. Oğluma deyir ki, "Mən səninlə uyğunlaşa bilmirəm. Sən mənim istədiyim kişi deyilsən". 1 ildir oğlumu otağa buraxmır. Girir içəri, qapını bağlayır. Nəvələrimi də saatla göstərir məni" deyib.

Məqsədi nəvələrinə qovuşmaq olduğunu deyən qayınananın şok iddiaları videoda:

Videonu izləmək üçün şəklə klikləyin:
Aysel ər evindən qonşu kişiyə qoşulub qaçdı - 1 ildir oğlumu otağa buraxmır

Məhəmməd Vaqif

Milli.Az