Türkiyənin Elazığ bölgəsində yaşayan Murat Çıtak adlı adamın xəstəlik nəticəsində 1 ildə 200 toyuq və hind toyuqları tələf olub.
Metbuat.az Türkiyə mediasına istinadən verdiyi məlumata görə, daha sonra araşdırma edən Çıtak qaz və ördəklərin təbiətə və xəstəliklərə daha dözümlü olduqlarını öyrənib. Çin qazının yumurta istehsalının çox olduğunu müəyyən edən Çıtak 66 ədəd Çin qazı və 30 ədəd ördək alıb. 3 ayda 15 min manat gəlir əldə edən Çıtak işlərini böyütmək qərarına gələrək inqubator aparatı alıb.


