Çin, ABŞ-ın müdafiə naziri Cim Mattislə keçirəcəyi müdafiə ilə bağlı zirvə görüşünü ləğv edib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın yüksək vəzifəli rəsmisi bildirib.

Ləğv qərarı ABŞ-ın Çinə qarşı vergi tətbiq etməsi və son olaraq Çin dənizi üzərindəki hərbi uçuşdan sonra verilib.

Ancaq tərəflərin heç biri ləğv səbəbilə bağlı rəsmi açıqlama verməyib.

Təhlükəsizlik zirvəsinin daha sonra hansı tarixdə keçiriləcəyi hələlik məlum deyil.

Günay Elşadqızı / METBUAT.AZ