Salyanda azyaşlı uşaq yük maşınının altında qalaraq dünyasını dəyişib. 

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndində qeydə alınıb. 

Belə ki, həyətdə velosiped sürən kənd sakini, 2008-ci il təvəllüdlü Nuran Məhəmməd oğlu Məlikov "KaMAZ" markalı yük maşınının altında qalaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az