Xəbər verdiyimiz kimi, bu il avqustun 31-də Ukraynada qondarma Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zaxarçenko "Separ" restoranında törədilmiş partlayış zamanı ölüb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Rossiya-1" telekanalının "Youtube" kanalında 42 yaşlı Zaxarçenkonun ölümündən bir neçə dəqiqə öncənin görüntüləri yayılıb.
Qeyd olunur ki, A.Zaxarçenkonun korteji restoranın qarşısında dayandıqdan sonra mühafizəçilərdən biri restorana daxil olaraq oranı yoxlayır. Daha sonra Zaxarçenko qadın mühafizəçi ilə məkana girir və bu zaman partlayış baş verir.
Görüntünü təqdim edirik:
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: