Sevgilinizin geyim tərzinə əhəmiyyət verməyə bilərsiniz, amma biz kişilərin tərzinə əsasən, onların bəzi xüsusiyyətlərini tərtib etmişik. Amma unutmayın ki, kişini geyiminə görə qarşılayıb, ağlına görə yola salmalısınız.

Milli.Az gencaile.az-a istinadən kişiləri geyiminə görə, tanımağın yollarını təqdim edir:

V formasında köynək geyinən kişilər: Belə kişilər özlərindən həddindən ziyadə razı olduqları üçün mükəmməl olduqlarını düşünürlər. Qadınların onlara yalvarmasından zövq alırlar.

Qara ayaqqabı ilə ağ corab: Zavallı... Onlar heç vaxt yetkin kişilər kimi geyinə bilməyəcək. Hələ çox böyüməlidir.

Ağzı yığılan və arxaya taxılan çanta istifadə edən kişilər: Bu kişilər müstəqil olmağı sevirlər.  Azadlığını heç nəyə dəyişmək istəmirlər.

Basketbol oynamadığı vaxtlarda belə basketbol şortiki geyinən kişilər: Bu tip adamlar o qədər tənbəldirlər ki, oyandıqdan sonra və ya idmandan qayıtdığı zaman paltarını dəyişməyə ərinir. Zəhmət çəkməyən kişiləri ağlınızın kənarından belə keçirməyin.

Polo köynəyini şalvarının içinə salan kişilər: Bu, xarizmatik tiplərdən deyil. Böyük ehtimalla evdə hər şeyi təmir etməyə çalışacaqlar.

Köynəyin açıq düyməsindən ağ maykası görünən kişi: 40 yaşında hələ də anası ilə yaşayan kişi tipi ilə qarşı-qarşıyasınız. Bu heç də yaxşı görünmür.

Tüklü sinəsində görünən qalın boyunbağı: Bu adamın özünə güvəni lazım olduğundan artıq olsa da, özünü yanlış ifadə edir.

Çəkələyi corabla geyinən kişilər: Bu kişilər hələ məktəb illərinin nostalgiyasından xilas ola bilməyib. Belə bir kişi ilə heç yerə getməsəniz, yaxşıdır.

İdmandan çıxandan sonra da sevimli futbolçusunun adı yazılmış köynək geyinən kişilər:İdman sağlamlıq mənbəyidir, amma futbolçunun adını sinəsində gəzdirəcək qədər vacib deyil. Enli və boş şalvarlar geyinən kişilər: Bu tiplər idman kanallarından başqa heç nəyə baxmırlar. Kimsə ona kişi stili haqqında məlumat versin. Həddindən ziyadə dar şalvar: Bu kişilər çox vaxt şorgöz olurlar.

Milli.Az