Nəhəng bir dünya və qısa ömür.
Milli.Az islaminsesi.info-ya istinadən bu qısa ömrü yaşmaq üçün sizə 3 möhtəşəm tövsiyyəni təqdim edir.
1. AZALDIN:
Yediyiniz yeməyi, yeməyinizin duzunu
Çayın qəndini, istifadə etdiyiniz əşyaları
Xərclədiyiniz pulu, boş yerə sərf etdiyiniz zamanı
Göz yaşlarınızı və özünüzə dərd etdiklərinizi
Paltarlarınızı və təşvişlərinizi
Kompüter üçün sərf etdiyiniz zamanı
İnsanlardan umduqlarınızı və televizor izləməyi.
2. ƏL ÇƏKİN
Şikayət etməkdən və çəkinməkdən
Biabır olmaq qorxusundan və bəhanə uydurmaqdan
Başqaları üçün yaşamaqdan və mənfi sözlərdən
Üz turşutmaqdan və mühakimələrdən
Hər kəsi tənqid etməkdən və hər kəsi düzəltmək istəyindən
3. ÇOXALDIN
Gülümsəməyi və sevməyi
Pozitiv düşünməyi və dua etməyi
Şükür etməyi və torpaqla təması
Rəngli geyinməyi və musiqi dinləməyi
Təşəkkür etməyi və salam verməyi
Üzr diləməyi və bağışlamağı
Güzəştə getməyi və sevginizi o sevgiyə dəyər insanlara verməyi
Sabitliyinizi və xəyal qurmağı
Gözəl sözlər deməyi və kitab oxumağı
Milli.Az