Azərbaycanlı FIFA referisi Rəhim Həsənov növbəti beynəlxalq oyuna təyinat alıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının I təsnifat mərhələsinin 1-ci turunda keçiriləcək "Minsk" (Belarus) - "İlles Akademia" (Macarıstan) oyununi idarə edəcək.
Ona yan xətdə Namiq Hüseynov və Mübariz Həşimov kömək edəcək. Belaruslu Viktor Şımusik dördüncü hakim olacaq.
Qeyd edək ki, oktyabrın 3-də Minskdəki "Traktor" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanayaq.
Milli.Az