ABŞ-ın elektrik avtomobil şirkəti "Tesla"nın qurucusu Elon Mask istefa verəcək.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, barəsində vergidən yayınma iddiası ilə istintaq başlanan Mask idarə heyəti sədrliyindən istefa verəcək və 40 milyon dollar cərimə ödəyəcək.
ABŞ-ın Qiymətli Kağızlar və Hesablar Komissiyasından verilən açıqlamaya görə o, 45 gün ərzində istefa verməlidir və 3 il ərzində şirkətin idarə heyətinin rəhbəri vəzifəsini icra edə bilməz.
Buna baxmayaraq, Elon Mask şirkətin baş direktoru olmaqda davam edəcək.
Milli.Az