Tarixdə iki qloballaşma yaşanıb: Bunlardan biri 1870-1914, biri isə 1914-cü ildən bəri uzanan zaman müddətdir.

Milli.Az islaminsesi.info-ya istinadən sizə qloballaşma və bəlaları haqqında məqaləni təqdim edir.

Tarixdə iki qloballaşma yaşanıb: Bunlardan biri 1870-1914, biri isə 1914-cü ildən bəri uzanan zaman müddətdir. Hər iki zaman müddətində inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrlə üçüncü dünya ölkələri arasındakı "gəlir qayçısı"nın ağzı böyüməkdədir. Bu bərabərsizliyin yaranmasında bir çox faktorun rolu vardır. Beynəlxalq hüquq konvensiyalarına əsasən bütün dövlətlər bərabər hüquqlu sayılmasına baxmayaraq, bu gün ağır sənayesi və texnologiyası güclü olan dövlətlər digər dövlətlərə təzyiq göstərməkdədir. Bunu onlar necə reallaşdırırlar deyə sual versəniz belə cavablaya bilərik. HƏR HANSI BİR ÖLKƏNİ SƏNAYELƏŞDİRMƏ YOLUNDAN KƏNARLAŞDIRARAQ.

Hər hansı bir ölkəni kənd təsərüffatı və ya ara əmtəə istehsalçısı kimi saxlaya bilsəniz, o ölkə daim sizin bazar yeriniz ola bilər. Qloballaşmanın ən ümdə prinsipi gəlir bərabərsizliyidir.

"1000 ilin İnkişaf Hədəfləri" (Millenium Development Goals) BMT  Təhlükəsizlik Şurası tərəfindən 2000 -ci ilin dekabrında qəbul edilmiş bir proqramdır. Bu proqram uzun və orta( 2015-ci ilə qədər) mərhəllərə bölünür. Bu proqramın hədəfləri açlığı və yoxsulluğu ləğv etmək, hər kəs üçün beynəlxalq ibtidai təhsil təminatı, cinsi bərabərlik, xəstəlik və uşaq ölümlərinin azaldılmasıdır. Bu proqramın varlığı ilə yanaşı dünyada 1,2 milyar insan hələ də aclıq həddindədir.

Dünya Bankının "Yoxsulluqla mübarizə" adlı hesabatında dünyada gedən iqtisadi inkişafın yoxsulluğu ləğv etmək qüvvəsində olmadığı açıqlanmışdı. Bu hesabata əsasən dünyada hazırda 1,3 milyard insan günə 1 dollardan az əməkhaqqı ilə yaşayır. Dünya əhalisinin 2,8 milyardı bir gününü 2 dollar qazancla yola verməyə məcburdu. Bu yoxsulluq isə özü ilə zorakılıq və üsyanlar gətirib.

İndi buradan belə bir sual meydana çıxır: Niyə dünyanın inkişaf etmiş dövlətlərinin apardıqları bu "mübarizə" heç bir nəticə vermir?  Onların bu fəaliyyəti bəlkə də buna cavabdır. Onlar sadəcə ironiya edirlər...

Milli.Az