Yəmənin "Ənsar Allah" husi hərəkatı bəyan edib ki, Dubayın beynəlxalq hava limanına pilotsuz təyyarə vasitəsi ilə zərbə endirib.

Milli.Az-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, üsyançılar hücumun "Səməd-3" pilotsuz təyyarəsi ilə həyata keçirildiyini iddia ediblər.

Husilərin bildirdiklərinə əsasən, hava limanı fəaliyyətini dayandırıb. Hücum ərəb hərbi koalisiyasının Yəməndəki əməliyyatlarına cavab addımı kimi dəyərləndirilir.

BƏƏ husilərin bəyanatını şərh etməyib.

Milli.Az