Saçlarınızın parlaq görünüşə qovuşması üçün kosmetoloqlar müxtəlif maskalar, qarışımlar təklif edirlər. Amma onlar həmişə ürəkaçan nəticə vermir. Yağlı saçlardan birdəfəlik qurtulmaq üçün verdiyi mükəmməl nanəli resept təqdim edirik.
Tərkibi:
1 qaşıq lavanda otu
1 xörək qaşığı nanə
1 xörək qaşığı ardıc meyvəsi
250 qram alma sirkəsi
Hazırlanması və istifadəsi:
Lavanda otu, nanə, ardıc meyvəsi və alma sirkəsini qarışdırın. 1 həftə gözlətdikdən sonra, qarışığı süzüb saçlarınıza masaj edərək sürtün. 1 saat sonra yuyun. Bu qarışımdan vaxtaşırı istifadəsi mükəmməl nəticə verəcək. Bir neçə istifadədədn sonra saclarınızın necə parlaq və canlı göründüyünə siz də şahid olacaqsınız.
Milli.Az