Qəzza bölgəsində İsrail polisi ilə fələstinli etirazçılar arasında baş verən toqquşmalar nəticəsində 6 nümayişçi həlak olub. 3-ü jurnalist, 22-si uşaq olmaqla 80-ə qədər fələstinli xəsarət alıb.

Metbuat.az xarici KİV-lərə itinadən xəbər verir ki, İsrail hərbçiləri nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz, rezin və döyüş güllələrindən istifadə edib.

Qeyd edək ki, fələstinlilər onlara məxsus torpaqların İsrail tərəfindən qanunsuz zəbt edilməsinə etiraz məqsədiylə mart ayından bəri “Böyük qayıdış” adlı yürüşlər təşkil edir.

Sübhan / METBUAT.az