ABŞ müttəfiqləri ilə birgə Suriyaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə hazırdır.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu "Röyter" agentliyinə müsahibəsində ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri deyib. Onun sözlərinə görə, Suriya rejimi yeni konstitusiya layihəsi üzərində işləməkdən imtina etsə, ABŞ bu addımı atacaq. O, ABŞ-ın İrana 2015-cı ilə qədər tətbiq etdiyi sanksiyaları Əsədə qarşı tətbiq edəcəyini bildirib:
"ABŞ Suriyaya münasibətdə strateji təcrid yolunu seçə bilər. Əgər BMT Təhlükəsizlik Şurası bu sanksiyalara izn verməsə belə, biz sadəcə onu Avropa Birliyi və Asiyadakı müttəfiqlərimiz vasitəsilə tətbiq edəcəyik".
Milli.Az