Bir vaxtlar çox yaxın dost olan Demet Akalın ilə Alişan 2012-ci ildə dava edib küsüb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bir neçə gün əvvəl Alişanın barışıq addımı atdığı, Demetin də onla barışdığı iddia olunmuşdu.
Alişan isə "Barışmaq üçün zeytun budağı nədi, bir ərazisi də versə, Demetlə barışmaram" deyib.
Akalının ona cavabı gecikməyib. Müğənni həmkarını kinli adlandırıb:
"Barışmaq xəyalım olsa, uzatmaram. O, canlı yayıma və qəzetlərə açıqlama verdi. İçindəki pislik və kin heç vaxt bitməyib".
Alişan isə Akalına "İçindəki pislik, fəsadlıq heç vaxt bitməyib. Hələ də qoyduğum yerdəsən" cavabını verib.
Milli.Az