Yerin cazibə qüvvəsini kəşf edən İngilis fiziki İsaak Nyutonun dünyanın sonu barədə proqnoz irəli sürdüyü üzə çıxıb.

Metbuat.az xarici KİV-lərə istinadən məlumat verir ki, riyaziyyatçının bununla bağlı qeydləri “'The Asshole Who Reinvented The Universe” kitabında yer alır. Alimin qeydlərinə görə, 2060-cı ildə İsa Peyğəmbər geri dönərək, insanlara qiyamət günü barədə xəbərdarlıq edəcək.

Güman edilir ki, Nyuton “İncil” kitabını oxuyaraq, qiyamət günü barədə proqnoz irəli sürüb.

Sübhan / METBUAT.az