Fillə şəkil çəkdirmək istəyən turist ölüb.

Milli.Az Foxnews-a istinadla xəbər verir ki, Zimbabvedə fillə selfi çəkdirmək istəyən alman qadın turist filin ayaqları altında qalaraq dünyasını dəyişib.

49 yaşlı turist səyahət etdiyi avtomobilindən düşərək vəhşi heyvanların olduğu əraziyə keçib və selfi çəkdirmək istəyərkən ölüb.

Qadının adı açıqlanmır.

Emin
Milli.Az