Uzun müddətdir sənətinə fasilə verən Kristina Aqilera səhnəyə qayıdıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, dünya ulduzu ilk konsertini Mayamidə verib. 37 yaşlı müğənni "Liberation Tour" adlı qastrol səfəri çərçivəsində baş tutan tədbirdə sevənlərinə maraqlı gecə yaşadıb.
"On illik aradan sonra necə gözəl qarşılama idi. Sanki doğma evimə qayıtmışam. Hər kəsə göstərdiyi xoş münasibətə görə təşəkkür edirəm. Hisslərimə hakim ola bilmirəm. Növbəti konserti səbirsizliklə gözləyirəm" deyə, Kristina bildirib.
Milli.Az