"Xəzər" televiziyasında Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan "Səni axtarıram" proqramının dünənki buraxılışından sonra gərgin anlar yaşanıb.
Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, hazırda axtarışları davam edən Hacıyev Elçinin anası ilə oğlunun itməsində şübhəli bilinərək ittiham etdiyi şəxslər arasında mübahisə düşüb.
E.Hacıyevin anası oğlunun keçmiş dostlarına xoşagəlməz ifadələr deməkdən belə çəkinməyib. X.Hidayətqızının müdaxiləsindən sonra qadını sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, Hacıyev Elçin Eşad oğlu 8 aprel 1986-cı ildə Gürcüstanın Dmanisi rayonunun Dağ Arıxlı kəndində anadan olub. 2017-ci ilin sentyabr ayının 3-də Dubaya gedib.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: