İranın cənub-şərq bölgəsində 4 terrorçu zərərsizləşdirilib.
Milli.Az report-a istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Qüvvələri Sistan-Bəlucistan vilayətinin Pakistanla sərhəddəki Saravan bölgəsində sərhəd-keçid məntəqəsinə terrorçu qruplaşmanın hücum hazırlığı ilə bağlı məlumat əldə edib. Qabaqlayıcı tədbirlər nəticəsində 4 terrorçu məhv edilib, daha 2 nəfər yaralanıb.
Qruplaşmanın digər üzvləri isə Pakistana qaçmağa müvəffəq olub.
İran tərəfi toqquşma zamanı itki verməyib, qruplaşmaya məxsus silah-sürsat götürülüb.
Milli.Az