Abşeron rayonunda 5 yaşlı qızı avtomobil vuraraq öldürüb.

Milli.Az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə sentyabrın 27-də saat 17 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Kürdəmir rayon sakini Zahir Məlikov idarə etdiyi "VAZ-21013" markalı avtomobillə yolu keçən qəsəbə sakini - 5 yaşlı Nuran Güləliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Abşeron rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az