Belçika Müdafiə Nazirliyi Google Maps servisindəki xəritələrdə göstərilən bəzi hərbi və strateji obyektləri retuş etməkdən boyun qaçırdığı üçün Google-ni məhkəməyə verməyə hazırlaşır.

Milli.Az report-a istinadən bildirir ki, Belçika HHQ-nin Limburq əyalətində və Arden dağlarında yerləşən bazaları, habelə nüvə elektrik stansiyaları, Antverpen limanındakı neft terminalları çox aydın göstərildiyi üçün Belçika tərəfi onları tutqunlaşdırmağı xahiş etmişdi.

Milli.Az