Rusiya və Ukraynanın xalq artisti Nikolay Baskovun başına iş gəlib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 360 telekanalının məlumatına görə, sənətçi bir müddət əvvəl "Keşberi" şirkətinə kriptovalyuta üsuli ilə (virtual (rəqəmsal) valyutanın bir növü olmaqla bərarbər elektron ödəniş şəbəkəsidir) pul yatırıb.
Rusiyanın Mərkəzi Bankı isə sözügedən şirkətdə maliyyə problemlərinin olduğunu açıqlayıb və onlar fırıldaqçılıqda ittiham olunub. Bank nümayəndəsi Valeriy Lyax bildirib ki, şirkət bir çox rayonlarda fəaliyyətini dayandırıb.
"Mən bunlardan xəbərsizəm. Onların daimi müştərisi olmuşam. Riskdə olan pullarımı geri qaytarmaqla məşğulam" - xalq artisti bildirib.
O, batma ehtimalı olan pullarının miqdarını açıqlamaqdan boyun qaçırıb.
Milli.Az