İngiltərədə 21 yaşlı tələbə qız özünü asıb.
Metbuat.az milli.az-a istinadla xəbər verir ki, evdə narkotik maddə qəbul edən qız intihar edib.
21 yaşlı Hannah Daibell özünü Liverpul şəhərindəki evin tavanından asıb.
O, özünü öldürməzdən əvvəl yaxınlarına müəmmalı mesaj göndərib. Belə ki, mesajın məqsədi bilinmir.
Qızın mənası anlaşılmayan cümləni narkotik maddənin təsiri altında yazdığı düşünülür.
"Nə olursa olsun, sən evə gəl, bunu sən elədin", - mesajda qeyd olunub.
İntiharla bağlı araşdırma aparılır.
Tanınmışlar efir məkanımızı belə görmək istəyirlər - Oxumaq üçün tıkla