IBM şirkəti Praqada "Watson iLab" adlı yeni laboratoriya açıb. Bu laboratoriyanın məqsədi süni intellekt əsasında həllər axtarışıdır. "Watson iLab" laboratoriyasının işçi məkanı hazır həllər dəstlərini bütün Avropa şirkətlərinə təqdim edəcək.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni texnologiyaların köməyi ilə yaradılmış orijinal həllərin funksional test yoxlanması 30 nəfərlik qrup tərəfindən həyata keçiriləcək.
İnnovasiyalı laboratoriyanın əsas üstünlüyü rekord dərəcədə qısa müddətdə məqbul konsepsiya tapa bilməsidir. Platformanın mütəxəssisləri pilot rejimində 300-dən çox hazır həlli Avropada ən müxtəlif sahələrdə çalışan yüzlərlə sifarişçiyə təqdim ediblər.
Milli.Az