Türkiyəli gözəli seçilən Şevval Şahinin tacının geri alınması barədə aparılan müzakirələr səngimək bilmir.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 19 yaşlı Şevvalın estetiksiz fotosunun yayılmasından sonra sosial şəbəkələrdəki etirazlardan sonra müsabiqənin münsifləri açıqlama verməyə başlayıblar.
Məşhur modelyer Cihan Nacar Şevvalın səhhətində yaranan problemə görə burnunu kəsdirdiyini deyib. Digər münsif, plastik cərrah Bülent Cihantimur də Ş.Şahinə dəstək olub:
"Heç bir beynəlxalq yarışmanın qaydalarında yazılmayıb ki, iştirakçı estetiksiz olmalıdır. Birinci seçdiyimiz Şevval Şahin ona yaraşan və təbii görünən plastik əməliyyat etdirib. Gözəllik sadəcə xarici görünüş deyil. Duruş, hərəkət, bir sözlə xanım hərtərəfli olmalıdır. O, qalib olmağa layiq biri idi".
Milli.Az